Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Slavyan Universitetində (BSU) universitetin rektoru Anar Nağıyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli arasında görüş keçirilib. Rektor Anar Nağıyev qonaqları salamlayaraq qeyd edib ki, BSU-nun əsas hədəflərindən biri məzunların əmək bazarına uğurlu adaptasiyasını təmin etmək və onların bilik, eləcə də bacarıqlarını real iş mühitinin tələblərinə uyğunlaşdırmaqdır.