Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya “Tramp Marşrutu” layihəsində iştirakla bağlı Ermənistanla dialoq qurmağı düşünür.
Rusiya tərəfi Rusiyanın TRIPP layihəsində (Tramp Marşrutu) mümkün iştirakını müzakirə etməyə hazırdır.
Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O vurğulayıb ki, Rusiya hazırda bu istiqamətdə Ermənistan-Amerika təşəbbüslərini araşdırmağı planlaşdırır.
“”Tramp Marşrutu” layihəsi ilə bağlı mövqeyimizi saxlamışıq. Həm parametrləri, həm də Rusiyanın bu və ya digər formada mümkün iştirakını müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq”– Mixail Qaluzin belə deyib.
Rusiya xarici işlər nazirinin müavini, həmçinin vurğulayıb ki, Ermənistan dəmir yolu şəbəkəsi daha 12 il, yəni 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə şirkəti tərəfindən idarə olunacağı üçün Rusiyanın bu məsələdə iştirakı bu və ya digər şəkildə mütləqdir.
Qaluzin qeyd edib ki, Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşdirilib:
“Ermənistanın AİB-ə üzvlüyünü də nəzərə almalıyıq. Bu şəraitdə tərəfdaşlarımızın Rusiyasız keçinə bilməyəcəyi aydındır”.
Qaluzin, həmçinin “İzvestiya” qəzetinə verdiyi müsahibədə bildirib ki, bölgədə kommunikasiyaların açılması prosesi artıq baş nazirin müavinləri səviyyəsində, Bakı, Moskva və Yerevan arasında üçtərəfli əlaqələrin inkişafı çərçivəsində baş verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü zamanı TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
JASMİN