Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2025 / 14:59

Rəsmi Moskva Ukraynanın son dron əməliyyatından sonra sülhə tələsir

“Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq”. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Buna görə də, əlbəttə ki, indi vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, danışıqların davam etdirilməsi və növbəti raundu barədə söhbət getməlidir. Hələlik bununla bağlı dəqiq anlaşma yoxdur”, – o deyib.

D.Peskov həmçinin qeyd edib ki, Rusiya həlak olmuş hərbçilərin meyitlərinin Ukraynaya təhvil verilməsi və əsir mübadiləsi ilə bağlı razılaşmaları həyata keçirməyə hazırlığını qoruyub saxlayır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!