11 Avqust 2025 / 17:12

Respublika stadionu yaxınlığında avtobus dayanacaqları müvəqqəti dəyişdirildi

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsidə baş tutacaq “Qarabağ”-“Şkendiya” (Şimali Makedoniya) oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 12:00-dan avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə Tezadlar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!