9 Fevral 2026 / 12:23

RESTORANA MAL ƏTİ KİMİ SATACAQLARI AT ƏTİNİ ÖZLƏRİNƏ YEDİRDİB TV-DƏ GÖSTƏRƏCƏKLƏR!-ŞOK!

…At, eşşək, ölmüş camış ətini dana əti adı ilə sırımaq istəyənlərin cəzası nə olmalıdır? Təbii ki, inzibati cəza, cərimə keçərli deyil… Dəfələrlə yazmışıq ki, bu ətdən boşbaş bişirib həmin adamlara yedirtmək və TV-lərdə göstərmək lazımdır… Elə bu niyyətlə də Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə reyd keçirib. Tezadlar.az xəbər verir ki, reyd zamanı Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib.  Məlum olub ki, sözügedən atı eyni kənd sakinləri Seymur Baloğlan oğlu Məmmədov və Həsən İntiqam oğlu Cəfərli tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsiblər. Daha sonra sümükdən ayrılan əti paketlərə qablaşdırıblar. Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər. İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu da fırıldağın sonu!

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!