Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Romada Ukraynanın bərpasına dair konfransda (URC-2025) ümumilikdə 13 milyard avrodan çox dəyərində 200-dən çox saziş və memorandum imzalanıb. Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıxal bildirib. Xüsusilə, Avropa Komissiyası Ukraynanın bərpası üçün 500 milyon avro məbləğində Avropa Flaqman Fondunun yaradılmasını elan edib. Bunlar Ukraynada yeni biznes layihələrinin həyata keçirilməsi üçün qrantlar, zəmanətlər və kapital qoyuluşudur. Ən böyük sövdələşmələr arasında: Ukrayna “Ukraine Facility” proqramının investisiya komponenti çərçivəsində 2,3 milyard avro cəlb edəcək. Bunlar mənzil, tibb, enerji sektorlarının bərpasına əlavə investisiyalar, eləcə də kiçik və orta biznesə dəstəkdir. İsveçrə iqtisadiyyatın müxtəlif sektorlarının bərpası üçün 10 il ərzində Ukraynaya təxminən 5 milyard avro göndərəcək. Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün isə Böyük Britaniyadan təxminən 2,3 milyard dollar kredit, eləcə də müdafiə sənayesi şirkətləri arasında birgə istehsal və əməkdaşlıq haqqında sazişlər var.
Xatırladaq ki, Zelenski açıq şəkildə deyib ki, Putinin başına tezliklə od ələnəcək…
A.Məmmədli