6 Fevral 2026 / 23:38

“Rosatom” Ermənistana hərtərəfli nüvə enerjisi əməkdaşlığı təklif edib

“Rosatom” Dövlət Korporasiyası Ermənistana hərtərəfli nüvə enerjisi əməkdaşlığı təklif edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya dövlət nüvə korporasiyası bəyanatda bildirib.

“”Rosatom” Dövlət Korporasiyası erməni tərəfdaşlarına böyük, orta və kiçik tutumlu nüvə elektrik stansiyalarının tikintisi və qeyri-nüvə layihələri də daxil olmaqla əlaqəli layihələrin həyata keçirilməsi daxil olmaqla hərtərəfli əməkdaşlıq təklif edir”, – bəyanatda deyilir.

“Rosatom” bildirib ki, 6 fevralda korporasiyanın baş direktoru Aleksey Lixaçev Ermənistan Respublikası Milli Məclisinin sədri Alen Simoyanla görüşüb. Görüşdə Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib.

“”Rosatom rəhbəri Ermənistan Atom Elektrik Stansiyasının ömrünün ikinci dəfə uzadılması ilə bağlı işlərin gedişatından danışıb. O, həmçinin Ermənistanda yeni nüvə enerji bloklarının tikintisini ətraflı müzakirə edib”, – deyə bəyanatda bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!