14 Avqust 2025 / 14:21

Rostov-na-Donuda PUA hücumu nəticəsində 200-dən çox insan təxliyə edilib

Rostov-na-Donuda pilotsuz təyyarənin hücumu nəticəsində zədələnmiş yaşayış binalarından 200-dən çox insan təxliyə edilib.

Tezadlar.az bildirir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar məlumat verib.

“212 nəfər binalardan təxliyə edilib (pilotsuz təyyarənin hücumu nəticəsində zədələnmiş – RED.)”Ş – o, Telegram kanalında yazıb.

Slyusar həmçinin qeyd edib ki, DSTU-nun 50 saylı liseyində hücum nəticəsində zərər çəkmiş binaların sakinləri üçün müvəqqəti yaşayış mərkəzi açılıb. İnsanlar ora gəlməkdə davam edir.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatdan istifadə edərək hücumu nəticəsində Rostov-na-Donuda Telmana və Lermontovskaya küçələrində bir neçə yaşayış binasına ziyan dəyib. Rostov vilayətinin qubernatoru səlahiyyətlərini icra edənin sözlərinə görə, pilotsuz təyyarənin hücumu nəticəsində 2-si uşaq olmaqla 13 nəfər xəsarət alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!