Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 13-nə keçən gecə Rostov vilayəti hava qüvvələrinin hücumuna məruz qalıb.
Tezadlar.az bildirir ki, bu barədə qubernator vəzifəsini icra edən Yuri Slyusar Telegram-da məlumat verib.
O qeyd edib ki, pilotsuz təyyarələrin hücumu Millerovski, Çertkovski və Şoloxovski rayonlarında dəf edilib. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Ötən gecə Volqoqrad vilayəti də vurulub. Hadisə şahidləri uçan dronları xatırladan yüksək səslər eşidib.
Pilotsuz təyyarənin qalıqları Volqoqradda 16 mərtəbəli yaşayış binasının damına düşüb. Sakinlər təxliyə edilib.
E.ŞİRİNOV