Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2024 / 11:41

RUBEN VARDARYAN HƏBSDƏ QALDI- İSTİNTAQ DAVAM EDİR

Bu gün Bakı Apellyasiya Məhkəməsi Ruben Vardanyan barəsində qərar verdi…

Tezadlar.az xəbər verir ki, Vardaryanın barəsində olan həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur. 

Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.

Rubenin isə Qarabağda oynadığı siyasi rolunun mahiyyətini dərindən düşünməyə hələ vaxtı çox olacaq…

A.Məmmədli 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!