22 Avqust 2025 / 15:58

Rumıniya şəhəri Kişinyovla qardaşlığı pozur

Rumıniyanın Yassı şəhərinin meri Mixay Kirika Moldovanın paytaxtı Kişinyovla qardaşlığı pozub, çünki onun rəhbəri İon Çebanın Rusiya ilə “mürəkkəb əlaqələri” var.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Cənab Çeban məsələsində Rusiya Federasiyasının nümayəndələri ilə mürəkkəb əlaqələr çoxdan sənədləşdirilib. Rumıniyanın ərazimizə bu cür təsirini məhdudlaşdırması son dərəcə vacibdir”, – Kirika bildirib.

Qeyd olunur ki, bu yaxınlarda Rumıniyanın digər şəhəri Focsani şəhərinin də hakimiyyət orqanları eyni qərarı verib.

İon Çeban Moldovada hakim partiya və prezident Maia Sanduya müxalifətdə olan ən məşhur siyasətçilərdən biridir. 2025-ci ilin əvvəlində o, “Milli Alternativ Hərəkat”, Moldova İnkişaf və Birləşmə Partiyası (PROM), “Vətəndaş Konqresi” və prezidentliyə keçmiş namizəd Aleksandr Stoyanoqlonun komandasını birləşdirən “Alternativ” siyasi blokunun yaradılmasının təşəbbüskarlarından biri olub.

Apreldə Çeban hakim partiyanın deputatlarını istefaya çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!