16 Aprel 2026 / 20:22

Rus sevgilisinə görə işdən qovulan nazir- İNANILMAZ

“Onlar bu dünyaya kasıb gəlmiş, amma onu milyonçu kimi tərk etmişdilər”..Milyonçunun milyonçu naziri haqqında…

…Dünyanın istənilən yerində harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü…Dəfn olunduğu yeri vətən edən şəxslərimizdən biri də Paris yaxınlığındakı Bobinyiməzarlığında uyuyan və bu gün vəfat günü olan Fətəli xan Xoyskinin hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra etmiş milyonçu Şəmsi Əsədullayevin nazir və milyonçu oğlu Mirzə Əsədullayevdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu Şəmsi Əsədullayevin mülkiyyəti müsadirə olunur. Mirzə Əsədullayev isə 1920-ci ilin mayında həbs edilir. Bir müddət sonra azadlığa buraxılır. 1921-ci ildə Fransaya mühacirət edir. Və bundan sonra M. Əsədullayev ömrünün sonuna kimi Fransanın paytaxtı Parisdə yaşayır. 1936-cı ildə orada vəfat edir və Bobinyada dəfn olunur. Bu ailə ziddiyyətlərlə məşhurdur.
Rus sevgilisinə görə işdən qovulan nazir
Atası Bakıda olmayanda onun neft biznesi ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Mirzə Musa Nağıyevin qızı, kiçik qardaşı Əli isə Hacı Zeynalabdin Tağıyevin qızı ilə evlənmişdilər. Birinci həyat yoldaşı dördüncü övladını dünyaya gətirərkən öldükdən sonra, Mirzə Əsədullayev ikinci dəfə Avropada təhsil almış rus qadınla evlənir.
Onu qeyd edim ki, ömrünün sonuna qədər Paris şəhərində yaşamış məşhur azərbaycanlı yazıçı Ümmülbanu (Avropada “Banin” imzası ilə tanınırdı) Mirzə Əsədullayevin qızıdır. O, iki milyonçu babanın Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsi idi. Orta təhsilini Bakı gimnaziyasında rus dilində alan Mirzə Əsədullayev neftin ixrac məsələləri ilə bağlı vaxtaşırı Rusiyaya getməli olurdu. Müəyyən vaxtlarda Moskva və Sank-Peterburq şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdu. Ana dilini mükəmməl bilməməsi ona işində maneçilik törədirdi. Hətda 1912-ci ildə Moskva Konservatoriyasında oxuyan, özündən 10 yaş kiçik olan Üzeyir bəydən ana dili dərsləri alır.
Mirzə Əsədullayev, eyni zamanda, ictimai xadim kimi də fəaliyyət göstərirdi. O, Müsəlman Xeyriyyə Cəmiyyətinə sədrlik edir, maarifçilik işlərinə dəstək verirdi.
1917-ci il fevral inqilabından sonra Mirzə Əsədullayev Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. 1918-ci ildən isə Bakı neft sənayeçiləri qurultayı şurasının sədri seçilir. Elə həmin ilin noyabrında Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una əsasən, neft sənayeçiləri qurultayı şurasından cümhuriyyət parlamentinə üzv seçilir.
XXX
 Mirzə Əsədullayev “Müsavat” və bitərəf fraksiyalarına daxil idi. Onun Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasında və yerli sənayenin inkişaf etdirilməsində böyük rolu olub. Mirzə Əsədullayev bir çox ölkələrdə filial və şöbələri olan böyük neft firmasına rəhbərlik etmişdi.Həmin dövrdə xarici iqtisadi fəaliyyətdə hökumətin reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən ibarət idi. Xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaq lazım gəlirdi. Belə mənbələrdən biri gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satılmasına icazə verilməsi, yaxud qadağan edilməsi zamanı onun əhali üçün nə dərəcədə gərəkli olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı.
Mirzə Əsədullayevin nazir olduğu aylarda bu istiqamətdə bir sıra qanunlar qəbul edilmişdi. Məsələn, hökumətin hazırladığı 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi. Bu amil əsas götürülürdü ki, əhali üçün öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaq əlverişlidir. Onun rəhbərliyi ilə keçirilən plenar iclasda əsas məqsəd kimi dövrdə xarici iqtisadi fəaliyyətdə hökumətin reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etmək vacib sayılırdı Həm də Xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaq lazım gəlirdi. Belə mənbələrdən biri gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satılmasına icazə verilməsi, yaxud qadağan edilməsi zamanı onun əhali üçün nə dərəcədə gərəkli olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Bu amil əsas götürülürdü ki, əhali üçün öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaq əlverişlidir. taxıl, un, çörək, yarma, yem, at, mal-qara, ət, qənd, külçə və pul şəklində olan qızıl və gümüş, dəmir, soyuq silah və s. satışına icazə verilmədi. İxracına qadağa qoyulmayan məhsullar isə düyü, makaron, hər cür toxum və tərəvəz, çay, qəhvə, bitki yağı, şərab, duz, sabun, meşə materialları, neft və neft məhsulları, qızıl və gümüş məmulatı, maşın və alətlər idi.
Bəzi tarixi mənbələrdə 1918-ci ildə parlamentin açılışı ərəfəsində M.Əsədullayevin hətda ingilis general Tomsonla görüşü, söhbətləri barədə müxtəlif fikirlərin olduğu vurğulanır.
Lakin bu zaman ciddi səhvə yol verir. Nazir işlədiyi dövrdə Mirzə Əsədullayev sevgilisi olan rus xanıma – M. Yazıkovaya çox qiymətli bir ticarət sənədi verir. O vaxt əks-inqilabla Mübarizə Təşkilatının rəisi vəzifəsini icra edən Nağı Şeyxzamanlının xatirələrində göstərilir ki, həmin sənəd ölkəyə şəkər və digər ərzaq mallarının idxalı ilə bağlı lisenziya, yaxud aksiya imiş. Nazirin sevgilisi isə bu sənədi bolşeviklərə ötürür. Çox çəkmir ki, Azərbaycanda böyük maliyyə böhranı yaranır. Baş nazir Xoyski xüsusi iclas çağırır. Mirzə bəy istefa verməyə məcbur edilir. Hətda Mirzə bəyin, Xoyskinin və həmin qadının bolşeviklərin casusu olması barədə tarixi sənədlər var.
XXX
 Azərbaycanda Sovet hakimiyyəti qurulduğu illərdə Mirzə Əsədullayev həbs olunur. Özü isə nə üçün həbs edildiyini bilmir.
Dindirilmə zamanı həbs edilmə səbəblərini bilmədiyi haqdayazılı sənə də var: “Həbs edilməyimin səbəbi mənə aydın deyil. Bakıda yaşayıb öz işimlə, neft sənayesi ilə məşğul olurdum. 1918-ci ilin 21 aprelində ailəmlə birlikdə İrana getdim və orada həmin ilin noyabrına qədər qaldım. Getməyimin səbəbi Bakıda qeyri-normal həyatla bağlı idi. Bu vəziyyət məni ailəmin bir hissəsini Moskvaya göndərməyə məcbur etmişdi. Qalanlarını isə Rəştə apardım. Bakıda Könüllü ordunun (Denikin ordusu) komanda heyəti mənə məlum deyil. Mənim fəaliyyətim yoldaş Nərimanova, C.Vəzirova, Baba Əliyevə, Vasili Tateşviliyə və bir çox başqalarına yaxşı tanışdır. Qəti surətdə deyə bilərəm ki, onların hamısı məni, ancaq yaxşı tərəfdən tanıyırlar”.
Mirzə Əsədullayev sağ qalır. Baş vermiş hadisə ilə bağlı mənim gəldiyim qənaət budu ki, fəhlə-kəndli hökumətinin və bolşevik ideologiyasının qatı düşmənini nəinki həbsdən azad edər, əksinə, güllələyərdilər. Çünki Mirzə Əsədullayev, sadəcə milyonçu Şəmsi bəyin oğlu, sinfi düşmən olan bir kapitalist deyildi, o, Azərbaycan Cümhuriyyətində hökumətin naziri idi. Bəlkə də elə onun sağ salamat mühacirət etməsində həyat yoldaşının bolşeviklərlə sıx əlaqədə olması olub ?! Deyə bilmərəm.
Mühaciərətdə olanda da Azərbaycanı düşünüb. 1927-ci ildə Parisdə Azərbaycan Neft Sənayeçiləri İttifaqı adlı təşkilat da yaradır və həmin təşkilatın prezidenti olur.
O günlərdən illər keçib. Lakin bu gün Əsədullayevlər nəslinin salnaməsinə nəzər yetirmək kifayət edir ki, Azərbaycan xalqının keçdiyi tarixi yolun bir çox keşməkeşlərini onun timsalında görə biləsən. Belə ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu Şəmsi Əsədullayevin mülkiyyəti milliləşdirilir. O, Moskvada dünyasını dəyişir. Mirzə Əsədullayev isə ömrünün sonuna kimi Parisdə yaşayır və 1938-ci ilin 14 aprelində vəfat edir Bobinya müsəlman qəbiristanlığında dəfn olunur. Xatırladım ki, onun məzarının yanında 20 yaşında vəfat etmiş nəvəsi Nadir Əsədullayev də uyuyur…
Baba ALLAHNƏZƏROV,
Tədqiqatçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!