Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-da Ceffri Epşteyn sənədləri ətrafında mübahisə yenidən alovlanıb. ABŞ-ın keçmiş baş prokuroru Pam Bondi Nümayəndələr Palatasında yaradılmış xüsusi komitə qarşısında təxminən dörd saat ifadə verib. Lakin Demokratların fikrincə, Bondinin ən təəccüblü davranışı Trampla bağlı sualları cavablandırmaqdan imtina etməsi olub.
Tezadlar.az xəbər verir ki, ABŞ-ın keçmiş baş prokuroru Pam Bondi Epşteyn sənədləri ilə bağlı təxminən dörd saat davam edən qapalı iclasda ifadə verib. Lakin o, Trampla bağlı bütün sualları cavabsız qoyub. Demokratlar Bondi-nin Trampın təlimatları ilə hərəkət etdiyinə inanırlar.
Bondi iddia edib ki, onun vəzifədə olduğu müddətdə Epşteyn sənədləri ilə bağlı təxminən 3 milyon səhifə sənəd nəzərdən keçirilib və qanunla tələb olunan bütün qeydlər ictimaiyyətə açıqlanıb. Lakin əsl mübahisə kameraların bağlı qaldığı qapalı qapılar arxasında davam edən iclasda baş verib. Demokratlar iddia ediblər ki, hökumət vəkilləri müəyyən suallara cavab verməmək üçün müdaxilə ediblər.
Respublikaçılar isə bütün sənədlərin ictimaiyyətə açıqlanmalı olduğunu iddia edirlər. Komissiya sədri Ceyms Komer bildirib ki, onların məqsədi Ədliyyə Nazirliyinin sənədləri bütövlükdə açıqlayıb-açıqlamadığını müəyyən etməkdir.
E.ŞİRİNOV