Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2024 / 10:45

RUSİYA 75 ƏSGƏRİNİ UKRAYNA ƏSİRLİYİNDƏN GERİ QAYTARIB

Rusiya Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində 75 rusiyalı hərbçini geri qaytarıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 31-də danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 Rusiya hərbi qulluqçusu geri qaytarılıb. Sərbəst buraxılan hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiya təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə olunmaq və reabilitasiya olunmaq üçün Moskvaya aparılacaq”, – deyə idarədən bildirilib.

Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin əsirlikdən qayıtması zamanı Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilik etdiyinə aydınlıq gətirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!