Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) bildirib ki, Zaporojye AES-in təhlükəsiz istismarını təmin etmək üçün kifayət qədər işçi qüvvəsi var.
Bu barədə REN TV məlumat yayıb.
“Zaporojye AES-də soyuq və isti dayandırma rejimlərində təhlükəsiz istismarı, eləcə də planlı təmir işlərinin aparılması üçün kifayət qədər işçi var”, – məlumatda deyilir.
Atom elektrik stansiyası yeni işçiləri işə götürməyə davam edir. BAEA-ya o da bildirilib ki, stansiyada və onun yerləşdiyi ərazidə radiasiya fonu normadan artıq deyil.
E.ŞİRİNOV