Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya tərəfi Avstraliya hərbçilərinin Rusiya Federasiyasının sərhədləri yaxınlığındakı Hokkaydo adasında təlimlərdə iştirakı ilə əlaqədar Avstraliya səfirliyinə kəskin etirazını bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.
“Dekabrın 15-də Rusiya Federasiyasının sərhədlərinin yaxınlığında Avstraliya hərbi kontingentinin Hokkaydo adasında ABŞ, Yaponiya və Avstraliyanın “Yama Sakura-85” üçtərəfli təlimlərində iştirakı ilə əlaqədar Avstraliyanın Moskvadakı səfirliyinə sərt etiraz edilib”, – məlumatda bildirilir.
E.ŞİRİNOV