Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Fransanın bir sıra şəhərlərindəki Rusiya viza mərkəzləri noyabrın 24-də fəaliyyətini dayandıracaq, viza müraciətləri konsulluq və səfirliklər vasitəsilə qəbul ediləcək.
Bu barədə Rusiyanın Fransadakı diplomatik nümayəndəliyindən məlumat verilib.
“Sizə bildirmək istərdik ki, 24 noyabr 2023-cü il tarixindən etibarən Paris, Marsel, Nitsa və Strasburqdakı Rusiya viza mərkəzləri fəaliyyətini dayandıracaq”, – səfirliyin bəyanatında deyilir.
“Rusiyaya vizaların alınması ilə bağlı suallarınız üçün Rusiya Federasiyasının Fransadakı Səfirliyinin konsulluq şöbəsi, Rusiya Federasiyasının Strasburqdakı Baş Konsulluğu, Rusiya Federasiyasının Marseldəki Baş Konsulluğu və Rusiya Federasiyasının Villefranche-sur-Mer-dəki kansleri ilə əlaqə saxlayın”, – səfirliyin bəyanatında daha sonra bildirilir:
E.ŞİRİNOV