26 Sentyabr 2023 / 02:55

RUSİYA MN USQ İLƏ GENİŞMİQYASLI TANK DÖYÜŞÜNÜN GÖRÜNTÜLƏRİNİ PAYLAŞIB

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə (USQ) qarşı genişmiqyaslı döyüşün görüntülərini paylaşıb. Rusiya hava-desant qoşunları tankların və hava-desant döyüş maşınlarının köməyi ilə qarşı tərəfin mövqelərini darmadağın edib.

Kadrlarda Rusiyanın T-90 və BMD-4m ekipajlarının necə sürətlə Ukrayna Silahlı Qüvvələrinin istehkamlarına doğru irəlilədiyi, yorulmadan yaraqlılara qarşı çoxlu ölümcül atəş açdığı görünür.

Paraşütçülərin yüksək peşəkarlığı nəticəsində qarşı tərəfin mövqeləri ələ keçirilib, onlar təkcə texnika və silahlarını deyil, yaralı yoldaşlarını da ataraq qaçıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!