7 Dekabr 2023 / 12:06

RUSİYA UKRAYNAYA MƏXSUS SU-25 TƏYYARƏSİNİ VURUB

Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetsk Xalq Respublikasında Ukraynaya məxsus Su-25 təyyarəsini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi Donetsk Xalq Respublikasının Veselaya Qora qəsəbəsi ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!