3 Aprel 2023 / 13:48

RUSİYA USQ-NİN 5 YARALI HƏRBÇİSİNİ UKRAYNAYA TƏHVİL VERİB

Rusiya Ukrayna Silahlı Qüvvələrinin (USQ) beş yaralı hərbçisini Ukrayna tərəfinə təhvil verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

“Bu gün Ukrayna Silahlı Qüvvələrinin beş yaralı hərbçisi Ukraynaya qaytarılıb. Biz bu istiqamətdə işi davam etdiririk”, – T.Moskalkova deyib.

Onun sözlərinə görə, martın sonunda Ukrayna tərəfi hazırda müalicə olunan 5 yaralı rus əsgərini Moskvaya təhvil verib.

“Mən onlara tezliklə sağalmalarını arzulayıram və inanıram ki, onlar tezliklə ailələrinin və dostlarının yanına qayıdacaqlar, onları əsl qəhrəman kimi qarşılayacaqlar”, – Moskalkova əlavə edib.

K.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!