1 Noyabr 2023 / 00:46

RUSİYADA İŞSİZLİK SƏVİYYƏSİ ÜÇ FAİZƏ ÇATIB

Rusiyada işsizlik səviyyəsi tarixi minimumunu təkrarlayaraq üç faizə çatdı. Rusiyanın baş naziri Mixail Mişustinin sözlərinə görə, bazarda bu vəziyyət bu ilin avqustunda olub.

“Əmək bazarında vəziyyət sabit olaraq qalır. Avqustda işsizlik səviyyəsi tarixi minimumu – 3%-i təkrarladı”, – Mişustin iqtisadi məsələlərlə bağlı iclasda deyib.

Rusiyanın baş naziri qeyd edib ki, sabit əmək bazarı daha çox vətəndaşın sabit gəlirə malik olduğunun, özünü və ailəsini təmin edə bildiyinin göstəricisidir.

Mişustinin fikrincə, “mənfi tərəfi” inkişaf edən iqtisadiyyatın daha çox mütəxəssis tələb etməsidir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!