31 Mart 2023 / 05:14

RUSİYADA YAŞAYAN BÜTÜN AMERİKALILAR TƏCİLİ GERİ ÇAĞIRILDI

ABŞ Dövlət katibi Antoni Blinken Rusiya Federasiyasında qalan amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb.

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bildirilir ki, bəyanat “The Wall Street Journal” qəzetinin jurnalistinin həbsi fonunda verilib: “Rusiyada yaşayan və ya Rusiyaya səfər edən ABŞ vətəndaşları ölkəni dərhal tərk etməlidirlər”, – Blinken bildirib.
Qeyd edək ki, onun yazılı bəyanatı Dövlət Departamentinin saytında da dərc olunub. Artıq Rusiya ərazisində yaşayıb işləyən ABŞ vətəndaşları öz ölkəsinə qayıtmağa başlayıb. 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!