Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda baş vermiş dəhşətli partlayış nəticəsində 110-dan çox bina zədələnib.
Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. FHN-nin məlumatında qeyd olunur ki, sözügedən tikililər arasında həm inzibati binalar, həm də fərdi yaşayış binaları var. Məlumata görə, partlayış nəticəsində 52 nəfər yaralanıb, 12 nəfər itkin düşüb. Qeyd edək ki, Zaqorsk Optik-Mexaniki zavod 1935-ci ildən fəaliyyət göstərir. Müəssisə hüquq-mühafizə orqanları, sənaye, səhiyyə sahələrinə və opto-elektronik cihazlar istehsal edir. Zavod Rusiya optik sənayesinin əfsanəvi müəssisəsi sayılır.
Ukrayna ilə müharibə isə bitmir… Bu gün Türkiyə BMM-i tərəflərə bu müharibəyə son verməyi tövsiyyə edib…
Ramiz