1 Yanvar 2024 / 10:48

RUSİYANIN BRYANSK VİLAYƏTİNƏ PUA HÜCUMU- UKRAYNA FƏALLAŞIB

Ötən gecə Rusiyanın Bryansk vilayətinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Tezadlar.az “Ukrainskaya pravdaya” istinadla xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz teleqram kanalında yazıb. O bildirib ki, Rusiya ordusunun elektron döyüş sistemləri Ukraynaya məxsus PUA-ları zərərsizləşdirib: “Hücum nəticəsində dağıntı və itki olmayıb”. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl də Bryansk vilayətinə Ukrayna tərəfinin PUA-larla hücum etdiyi barədə məlumat yaymışdı. Eləcə də bu gün Donetskə pua hücumu olmuşdur…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!