Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


G7 ölkələri Ukraynadakı münaqişə həll olunana qədər Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə saxlayacaq.
Tezadlar.az xəbər verir ki, müvafiq bəyanat Ağ Evin saytında dərc olunub.
“Rusiyanın Ukraynanın uzunmüddətli yenidən qurulması xərclərini ödəməsini təmin etmək üçün G7 ölkələri münaqişənin həlli yolu tapılana qədər Rusiyanın suveren aktivlərini dondurmağa davam edəcək”, – bəyanatda deyilir.
Bundan əlavə, məlum olub ki, ABŞ Vaşinqtonun fikrincə, məhdudiyyətlərdən yayınan 90 şirkətə qarşı ixrac sanksiyaları tətbiq etməyə hazırlaşır. Rus biznesləri, eləcə də üçüncü ölkələrin, o cümlədən Çinin şirkətləri onların altına düşəcək.
E.ŞİRİNOV