29 Oktyabr 2025 / 11:38

Rusiya: bir neçə hava limanı bağlandı, neft emalı zavodlarında partlayışlar…

Ötən gecə Rusiyada dron hücumları, xüsusən də Moskva səmasında dronların vurulması barədə məlumat verilməkdədir. Bəzi hava limanları bağlanıb, fəaliyyəti məhdudlaşdırılıb. Rusiyanın sosial şəbəkə qrupları da neft emalı zavodlarındakı partlayışlar barədə məlumat verirlər.
Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, “Rosaviasiya”nın nümayəndəsi Artem Korenyako, Moskva meri Sergey Sobyanin  Telegram kanallarında bu barədə paylaşım ediblər. “Rosaviasiya” nümayəndəsi Rusiyanın Moskva və digər şəhərlərdəki hava limanlarında eniş və uçuşların məhdudlaşdırıldığını bildirib. Bu arada, Ulyanovsk vilayətindəki Novospasskoyenin yerli sakinləri Rusiyanın NS-Oil neft emalı zavoduna hücum barədə Rusiya sosial şəbəkə qruplarının məlumatları yayılıb. Sakinlər Novospasskoyenin kənarında saat 12:20 radələrində 5-8 partlayış səsi eşitdiklərini bildiriblər. Səmada partlayışlar və mühərrik səsi də eşidilib. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib ki, Novospasskoye rayonunda pilotsuz təyyarə hücumunun dəf edildiyi iddia edilir: “İtki yoxdur. Təcili yardım xidmətləri dağıntıların yerində işləyir”. Partlayışlar Mari El Respublikasında da olub. Şahidlər Orşanka şəhər yaşayış məntəqəsində alovlu parıltı qeydə alıblar. Bu arada, Telegram kanalı Exilenova+ bildirir ki, Mari El Neft Emalı Zavoduna da hücum edilib.

Müharibə isə davam edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!