Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rostov vilayətində 40 pilotsuz təyyarə məhv edilib
Hava hücumundan müdafiə qüvvələri sentyabrın 20-nə keçən gecə 149 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rostov vilayətində 40, Saratov vilayətində 27 pilotsuz təyyarə vurulub. 18 PUA Bryansk vilayətində, 15-i Samara vilayətində, daha 12-si Krım üzərində məhv edilib. Səkkiz pilotsuz təyyarə Volqoqrad vilayətində, dördü isə Belqorod vilayətində məhv edilib. Voronej və Kaluqa vilayətlərinin hər birində iki, Kursk, Smolensk və Nijni Novqorod vilayətlərinin hər birində bir PUA vurulub.
Müdafiə Nazirliyi əlavə edib ki, daha 15 pilotsuz uçuş aparatı Qara dəniz üzərində, 3-ü isə Azov dənizi üzərində məhv edilib.
Bundan əvvəl Saratov vilayətinin qubernatoru Roman Busargin yaşayış binasına pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfərin öldüyünü bildirmişdi.
E.ŞİRİNOV