Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində sərnişin qatarına dronlarla hücumu nəticəsində beş nəfər həlak olub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu məlumat yayıb. “Hazırda beş cəsədin parçaları tapılıb. Qurbanların şəxsiyyətinin müəyyən edilməsi yalnız DNT testindən sonra mümkün olacaq”.
Məlumatda həlak olanların sayının artması da istisna olunmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə qatarın vurulan vaqonunda 18 sərnişinin olduğunu, hazırda xilasedicilərin bir neçə nəfəri axtardıqlarını açıqlayıb.
Bir tərəfdən sülh çağırışı edirlər, digər tərəfdən isə mülki insanlar hədəfə alınır. Rusiya rəhbərliyinin siyasəti hələki belədir…
Elbar