Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Fevral 2025 / 09:37

Rusiya ərazi güzəştlərinə getməsə…


Rusiya ərazi güzəştlərinə getməli, silahlı qüvvələrini azaltmalı və gələcəkdə onlardan istifadədən imtina etməlidir ki, dünyanın qulağı dinc qala… Tezadlar.az CNN- Türk-ə istinadla bildirir ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib. O əlavə edib ki, “Ukrayna da güzəştə gedə bilər”. Bundan başqa, Kelloq Rusiyaya qarşı sanksiyaların hazırda nə dərəcədə effektiv olduğunu qiymətləndirib. Sitat: “Onlar 10-dan 6 səviyyəsindədir. Lakin onların həyata keçirilməsi 10-dan 3 səviyyəsindədir. İqtisadiyyata təsir edən sanksiyalar lazımdır. Biz bunu keçmişdə İranla etmişik, biz bu ölkəni çox ciddi şəkildə sarsıdan sanksiyalar tətbiq etmişik”.

Təbii ki, dünya o həddə gəlib ki, bir bölgədə olan müharibə bütün ərazilərdə bj və ya digər formada özünü hiss etdirir. Ukrayna müharibəsi buna misaldır. İnanaq ki, bu dünyanı qarışdıran sonuncu müharibə olacaq.
A. Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!