20 Oktyabr 2025 / 14:14

Rusiya Hindistana neft tədarükünü davam etdirir

ABŞ-ın mövqeyinə baxmayaraq, Rusiya-Hindistan neft ticarəti həcmləri dəyişməz olaraq qalır.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Hər şey davam edir”, – o deyib.

Rudenkonun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın əlavə rüsumlar tətbiq etmək hədəsi baş tutmayıb: Hindistan Rusiya yanacağını idxal etməyə davam edir.

Qeyd edək ki, Rusiyadan Cənubi Asiyaya karbohidrogen tədarükü nəinki dəyişməz qalır, hətta artır.

Oktyabrın 16-da Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval təsdiqləyib ki, Yeni Dehli Moskvadan neft almağa davam edəcək. Bu, ölkənin milli maraqlarına tam uyğundur və onun iqtisadi sabitliyini təmin edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!