5 Sentyabr 2025 / 08:09

Rusiya ilə Çin arasında ABŞ-ın probleminə çevriləcək yeni razılaşma açıqlanıb

Rusiya və Çin arasında “Sibirin Gücü 2” layihəsi üzrə yeni qaz sazişi qlobal enerji bazarlarını köklü şəkildə dəyişdirməyə qadirdir.

Tezadlar.az-ın məlumatına görə, Britaniyanın “Financial Times” nəşri qeyd edib ki, hətta konkret tədarük müqavilələri imzalanmadan belə, iki ölkə artıq qlobal qaz sənayesini yenidən strukturlaşdırır.

Nəşrin analitikləri hesab edirlər ki, bu əməkdaşlıq Moskva ilə Pekin arasında strateji tərəfdaşlığın dərinləşməsini əyani şəkildə nümayiş etdirir. Qaz kəmərinin reallaşdırılması qlobal tələb proqnozlarına əhəmiyyətli dərəcədə təsir göstərə və əsas oyunçuların müqavilə strategiyalarını dəyişə bilər. Belə şəraitdə ABŞ öz qazının Çinə irimiqyaslı tədarükü üçün məhdud imkanlarla üzləşəcək ki, bu da istər-istəməz Amerika LNG-nin ucuzlaşmasına gətirib çıxaracaq.

“FT” xəbərdar edir ki, Çinin çevik həcmləri və rəqabət qabiliyyətli qiymətləri ilə Rusiya qazına yönləndirilməsi hətta yekun investisiya qərarları qəbul edilməmişdən əvvəl yeni beynəlxalq enerji layihələrinin həyata keçirilməsini təhlükə altına qoya bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!