Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın İstanbuldakı Baş Konsulluğu Bosfor boğazında kütləvi üzgüçülük zamanı itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikovla bağlı Türkiyə tərəfinə sorğu hazırlayır.
Tezadlar.az bildirir ki, bu barədə Rusiyanın İstanbuldakı diplomatik nümayəndəliyi məlumat yayıb.
“Bizə Nikolay Sveçnikovun Bosfor boğazında çimərkən itkin düşməsi barədə məlumat daxil olub. Hazırda Türkiyə tərəfdən bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur. Baş Konsulluq bu hadisə ilə bağlı Türkiyənin səlahiyyətli orqanlarına sorğu hazırlayır”, – diplomatlar bildiriblər.
E.ŞİRİNOV