Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün səhər Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Kamenski rayonuna raket hücumu həyata keçirib, ölən və yaralananlar var.
Tezadlar.az xəbər verir ki, Cənub Müdafiə Qüvvələrinin məlumatına görə, raket zərbəsi Dnepropetrovsk vilayətinin Qulyaipol yaşayış məntəqəsinə endirilib.
“İlkin olaraq iki ballistik raketdən istifadə edilib, ehtimal ki, “İsgəndər-M” tipli”, – məlumatda deyilir.
Qeyd olunur ki, hücum nəticəsində bir icma mərkəzi, iki mağaza dağıdılıb, fərdi evlərə ziyan dəyib. Yerli əhali arasında ölən və ölənlər var. Qurbanların sayı barədə hələlik məlumat verilmir.
Daha əvvəl Dnepropetrovsk Regional Hərbi İdarəsinin rəhbəri Sergey Lısak bildirmişdi ki, Kamenski rayonuna raket zərbəsi nəticəsində yanğın baş verib, ölən və yaralananlar var.
E.ŞİRİNOV