Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan Moskvadan “qopmaq” və Ukraynadan bahalı taxıl almaqla Kiyevə kömək etmək istəyir
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat verib.
“Uzun illərdir ki, Ermənistan Rusiyadan taxıl alır. İndi isə siyasi səbəblərə görə, ermənilər, sanki, Moskvadan “qopmaq” və Ukraynaya lazımi taxılın bir hissəsini “nezalej” (Ukrayna dilindən “müstəqil” mənasını verir – RED.) ölkəsindən almaqla kömək etmək istəyirlər”, – deyə agentlik açıqlamasında bildirib.
Eyni zamanda, kəşfiyyat xidməti aydınlaşdırır ki, Ukrayna taxılı Rusiya taxılından bir yarım dəfədən çox bahadır. Bundan əlavə, Avropa Birliyindən Ukraynadan gələn bu artıq taxıl xərcini kompensasiya etməsi tələb olunur.
Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti və hazırda ləğv edilmiş tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) ilk prezidenti Robert Köçəryan Rusiyanı Azərbaycanla sülhün qarantı etmək təklifi ilə çıxış etmişdi. Siyasətçi Rusiya ilə yanaşı, bu rol üçün Çin və ABŞ-ı da təklif etmişdi.
E.ŞİRİNOV