Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Rusiyanın dünən sentyabrın 7-nə keçən gecə Ukrayna şəhərlərinə qarşı həyata keçirdiyi kütləvi raket və PUA hücumu onun bu müharibəni diplomatik yolla bitirmək istəmədiyindən xəbər verir”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq öz “X” hesabında yazıb.
“İstənilən müharibənin təhlükəsi eskalasiyadır. Görünür, Rusiya vəziyyəti gərginləşdirir və müharibə tarixində ən böyük hücum Ukrayna Nazirlər Kabinetinin Kiyevdəki binasına dəydi”, – Kelloq qeyd edib. O xatırladıb ki, iki həftə əvvəl Ukraynada səfərdə olarkən o və baş nazir Yuliya Svırıdenko həmin gecə rusların vurduğu hökumət binasında olublar.
“Tarix göstərir ki, hadisələr bu cür hərəkətlərə görə nəzarətdən çıxa bilər. Buna görə də prezident Tramp bu müharibəni dayandırmağa çalışır. Hücum Rusiyanın bu müharibəni diplomatik yolla bitirmək istədiyinə dair bir işarə deyildi”, – o əlavə edib.
XXX
Əslində, rəsmi Moskvanın müharibəni diplomatik yolla bitirmək istəməməsinin səbəbi hər kəsə məlumdur. Çünki Putin bu yola razı olsa, ən azından Rusiya ictimaiyyəti sual edəcək: əgər bu müharibədə qələbəyə şansın yox idisə, bu qədər dağıntı, ölüm- itim, sanksiyalar… və müharibədə itirilən nüfuz nəyə lazım idi??? Ona görə də Putin bu suallara cavab tapa bilmədiyindən acizanə şəkildə sonadək getmək qərarındadır: ya qələbə, ya ölüm! Məsələ ondadır ki, Rusiyada qələbə yoxdur, hələki ölüm var…
A.Məmmədli