Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəsarət alanlar arasında beş xəstə və üç tibb bacısı da var
Dünən saat 23:00 radələrində rus hərbçiləri artilleriyadan istifadə edərək Xersondakı xəstəxanalardan birini vurublar.
Tezadlar.az xəbər verir ki, Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, rus hərbçilərinin hücumu nəticəsində tibb müəssisəsinin binası dağıdılıb, beş xəstə və üç tibb bacısı yaralanıb.
“Xəstəxananın 44 yaşlı əməkdaşı müxtəlib xəsarət, beyin silkələnməsi və döş qəfəsinin qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib. 54 və 44 yaşlı daha iki nəfər ambulator kimi müalicə olunur”, – o, ətraflı məlumat verib.
Dörd yaralı xəstə hələ də xəstəxanadadır – 58 və 60 yaşlı kişilər, 64 və 57 yaşlı qadınlar. Onların müxtəlif xəsarətləri, beyin silkələnməsi və müxtəlif qəlpə yaraları var.
Digər 69 yaşlı qurbana yardım göstərilib, o, xəstəxanaya yerləşdirmədən imtina edib.
E.ŞİRİNOV