22 Avqust 2025 / 09:04

Rusiya regionunda güclü zəlzələ baş verib

Kamçatkada güclü zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsi öz Telegram kanalında məlumat yayıb.

Yeraltı təkanlar avqustun 22-də yerli vaxtla saat 9:37-də (Bakı vaxtı ilə 01:37) qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5,3-ə çatıb – seysmoloqlar bunu güclü zəlzələ hesab edirlər.

Yeraltı təkanların episentri təxminən 2500 nəfər əhalisi olan Severo-Kurilsk şəhərindən 96 kilometr aralıda yerləşib – orada 3-4 bal gücündə təkanlar hiss olunub. Zəlzələnin mənbəyinin dərinliyi, zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Bundan əvvəl Cənubi Amerika ilə Antarktida arasındakı Dreyk keçidində güclü zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 7,5-ə çatıb. Zəlzələnin episentri Tolhuin şəhərindən 706 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10,8 kilometr dərinlikdə yerləşib. ABŞ Meteorologiya Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!