5 Avqust 2025 / 10:47

Rusiya regionunda uşaq altı il ərzində yumruqla döyülüb

Altı il oğlunu döyən 52 yaşlı Şelabolixa rayon sakini Altayda məhkəmə qarşısına çıxacaq.

Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, 2019-cu ildən 2025-ci ilə kimi həmin şəxs sərxoş vəziyyətdə uşağı yumruqları ilə döyüb və ən kiçik xətasına görə belə cəzalandırıb. Oğlan ilk dəfə yeddi yaşında olanda işgəncəyə məruz qalıb.

Ataya qarşı işgəncə vermə və yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməmə maddəsi ilə cinayət işi açılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!