Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2025 / 10:25

Rusiya silahları Qarabağın işğalında- LAVROVDAN ETİRAF

“Rusiya silahlarından təkcə Bakıda deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun tutulması zamanı da istifadə olunub”. Rusiya XİN rəhbəri Lavrov Ermənistanda media qarşısında çıxışı zamanı qeyd edib ki, Rusiya silahları bütün dünyada istifadə olunur və bu, heç də həmişə hamıya uyğun olan prinsiplər əsasında baş vermir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında həm də bunları deyib: “Xatırladıram ki, Ermənistan demək olar ki, bütün müstəqilliyi boyu Rusiya silahlarından istifadə edib, o cümlədən heç vaxt rəsmi olaraq iddia etmədiyi yeddi mübahisəsiz Azərbaycanın rayonunu ələ keçirərkən”.

Lavrov deyib ki, Ermənistanın əvvəlki liderlərindən heç biri Dağlıq Qarabağın müstəqil qurum kimi tanınmasını təklif etməyib. Eyni zamanda, ələ keçirilən ərazilərdə bu əraziləri uzun müddət saxlamaq üçün nəzərdə tutulmuş istehkamlar tikildi. “Bəzi analitiklər hesab edirdilər ki, bu istehkamların xarakteri bu torpaqları ümumiyyətlə Azərbaycana qaytarmamaq niyyətindən xəbər verir”. Silah tədarükü ilə bağlı daha geniş kontekstdən danışan Lavrov vurğulayıb: “Bizim silahlarımız müxtəlif ölkələrdə, o cümlədən Afrikada istifadə olunur. Mozambik bayrağında Kalaşnikov avtomatı təsvir olunub. Bu, onların hər yerdə bütün tərəflərin maraqlarına cavab verən məqsədlər üçün istifadə edildiyi anlamına gəlmir”.

Bu da tarixi etiraf: deməli, Rusiya işğalçıları silahla təchiz edir, pul qazanır, işğala məruz qalanlar isə əzab çəkirlər. Rus silahının fəlsəfəsi budur…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!