Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya qoşunları Donetsk Xalq Respublikasının Svyatoqorsk yaxınlığındakı Tatyanovka kəndinin şimal-qərb hissəsində mövqelərini möhkəmləndiriblər.
Tezadlar.az bildirir ki, bu barədə hərbi ekspert Andrey Maroçko TASS-a məlumat verib.
Maroçko daha əvvəl bildirib ki, Severski Donets çayı boyunca irəliləyən Rusiya qoşunları Svyatoqorsk yaxınlığındakı Tatyanovkada nəzarət zonalarını genişləndiriblər.
“Qoşunlarımız Tatyanovkanın şimal-qərb hissəsində mövqelərini möhkəmləndiriblər. Əsasən, hazırda həm Tatyanovkanın cənub-şərq hissəsində, həm də qonşu Svyatoqorskın şərqində iki konsentrasiyalı zərbə endirilir. Beləliklə, burada vəziyyət müsbət istiqamətdə inkişaf edir”, – deyə o bildirib.
E.ŞİRİNOV