Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiya Trampın başı İrana qarışmışkən Kiyevi bombaladı. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Kiyevdə (Ukrayna) Rusiyanın endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub. Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.
“İlkin məlumata görə, Kiyevdə artıq 14 nəfər həlak olub. Məlumat dəqiqləşdiriləcək”, – o vurğulayıb.
T.Tkaçenkonun sözlərinə görə, Ukraynanın paytaxtı növbəti ağır gecəni yaşayıb. Hazırda zərbə yerində operativ xidmətlər işləyir.
“İndi zərbələrdən birinin yerindəyəm. Xilasedicilər, tibb işçiləri, polis, könüllülər. Hamı ehtiyacı olanlara kömək etmək və xilas etmək üçün maksimum əlaqəli şəkildə hərəkət edir. Bu gün yanımızda olan hər kəsə təşəkkür edirəm”, – o bildirib.
Beləliklə, dünya qarışıb, özünü bu dünyada lider görmək istəyənlərin intriqaları hesabına insanlar ölür, evlər dağılır, şəhərlər viran olur…
A.Məmmədli