1 Oktyabr 2025 / 13:43

Rusiya Ukraynanı “silməkdə” müvəffəq olmayacaq – Zelenski

Rusiya Ukraynanı “silməyə” nail olmayacaq; o, şübhəsiz ki, münaqişədən sağ çıxacaq.

Tezadlar.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri prezident Vladimir Zelenski deyib.

O, bəyan edib ki, “Ukraynanı tabe etmək cəhdi yalnız Ukraynanın yenidən doğulması ilə nəticələnib”. Onu “silmək” üçün edilən bütün cəhdlər “düşmən imperiyaların” dağılması ilə nəticələnib”, – deyə dövlət başçısı bildirib.

“Ukrayna indi bu Rusiyadan sağ qalacaq, şübhəsiz. Biz dövlətimizi mütləq müdafiə edəcəyik”, – Zelenski vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!