21 Avqust 2025 / 08:32

Rusiya və Ukrayna danışıqlarındakı şok detallar…

Rusiya və Ukraynanın danışıqlardakı konkret detallarla bağlı ABŞ administrasiyası ciddi təhlillərə başlayıb.

Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində belə deyib: “Nəhayət, detalları əldə etdik. Onların üzərində işləyirik, amma hələ hər şeyi sonadək qərarlaşdırmamışıq. Çünki tərəflər son varianta razılaşdırılmalıdır. Məsələ belədir: Ukrayna əmi olmaq istəyir ki, Rusiya bir daha onun ərazisinə müdaxilə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar isə müəyyən əraziləri istəyirlər – onların çoxunu artıq işğal ediblər, bəzilərini isə yox. Danışıqların mahiyyəti bundadır. İnanmaq istəyirik ki, bu müharibə sülhlə nöqtələnməlidir…”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!