Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü nəzərdə tutulmur.
“Tezadlar” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “NBC News” telekanalına bildirib.
“Putin Zelenski ilə sammit gündəliyi hazır olduqda görüşməyə hazırdır, lakin bu gündəlik ümumiyyətlə hazır deyil”, – o qeyd edib.
S.Lavrovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Ukrayna nizamlanması üzrə bir neçə bənd təklif edib. Onlardan bəziləri üzrə Rusiya müəyyən çeviklik göstərməyə razılaşıb. Ukrayna Prezidenti Vladimir Zelenski təkliflərlə razılaşmayıb.