Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2025 / 08:10

Rusiyada döyüşçü qıtlığı: artıq xarici vətəndaşlar müharibəyə göndəriləcək!

Bundan sonra Rusiyada xarici ölkə vətəndaşları müharibə və səfərbərlik dövründə xidmət edə biləcəklər. Tezadlar.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Sənəddə qeyd olunub ki, xarici vətəndaşlar təkcə fövqəladə və ya hərbi vəziyyət və silahlı münaqişələr şəraitində deyil, həm də səfərbərlik dövründə xidmət edə biləcəklər.
Qeyd edək ki, dünən V.Putin Rusiya vətəndaşlığı olmayan şəxslərə ölkənin Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etməyə icazə verən qanunu imzalayıb. Vətəndaşlığı olmayan şəxslər və xarici vətəndaşlarla hərbi xidmətin keçirilməsi haqqında müqavilələr səfərbərlik dövrünün sonuna, hərbi vəziyyətin dayandırılmasına və ya hərbi dövrün başa çatmasına qədər bağlanacaq. 

Ukrayna mediası isə yazır ki, Putinin bu fərmanı o məna daşıyır ki, Rusiyada müharibəyə gedənlərin sayı durmadan artır, heç kəs bu ədalətsiz müharibənin və Putinin şəxsi intriqasının qurbanı olmaq istəmir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!