Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Federasiyasının Lipetsk vilayətində planlaşdırılmış təlim uçuşundan sonra eniş zamanı MiQ-31 təyyarəsi qəzaya uğrayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə saat 19:20 radələrində baş verib.
“Ekipaj atıldı; pilotların həyatı üçün heç bir təhlükə yoxdur”, – hərbi idarə bildirib.
Məlumata görə, təyyarə Çaplıqinski rayonunun meşəlik ərazisinə düşüb və orada alovlanıb. Bundan sonra yanğın söndürülüb.
E.ŞİRİNOV