Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya benzin və dizel yanacağının ixracına qoyulan qadağanı 2025-ci ilin sonuna qədər uzadıb. Tezadlar.az “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb. Yeni fərman avtomobil benzininin ixracına qoyulan qadağanın müddətini 2025-ci il dekabrın 31-dək uzadıb və bütün ixracatçılara, o cümlədən birbaşa istehsalçılara şamil edilir.
Qeyd edək ki, bundan əvvəl istehsalçılara sentyabrın sonunadək, qeyri-istehsalçılara isə oktyabrın sonuna qədər benzin ixrac etmək qadağan edilmişdi. Məlumat üçün bildirək ki, Rusiya 2025-ci ilin iyun ayının sonunda qiymətlərin artması ilə əlaqədar benzin ixracına qadağa qoyub. Bu qadağa avqustda uzadılıb.