3 Fevral 2026 / 17:47

Rusiyadan Azərbaycana 16 tondan çox ət konservi göndərilib

“Rosselxoznadzor”un saytında dərc olunmuş açıqlamaya görə, Kurqan vilayəti Azərbaycana 16 tondan çox konservləşdirilmiş ət göndərib.

Qeyd edilir ki, 30 yanvarda agentliyin Ural Regionlararası qurumun əməkdaşları Azərbaycana ixrac üçün nəzərdə tutulmuş konservləşdirilmiş ət partiyasını yoxlayıblar:

“Konservləşdirilmiş ət əvvəllər Ümumrusiya Heyvandarlıq Tədqiqat İnstitutunun Çelyabinsk filialında zəruri laboratoriya müayinəsindən keçib və keyfiyyətini, təhlükəsizliyini, laboratoriya sınaq protokollarına və idxalçı ölkənin tələblərinə uyğunluğunu sübut etdirib”.

Agentliyin mütəxəssisləri yükün baytarlıq müşayiət sənədlərindəki məlumatlarla uyğunluğunu, istehsal tarixinin düzgün olduğunu yoxlayıb, yükün və nəqliyyat vasitəsinin baytarlıq və sanitariya vəziyyətini qiymətləndiriblər.

Heç bir pozuntu aşkar edilməyib və məhsullar sərhəddən buraxılıb.

Xatırladaq ki, ötən il Kurqan bölgəsindən Azərbaycana ümumilikdə 97,3 ton məhsul göndərilib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!