Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda olan bütün vətəndaşlarımız Azərbaycan ərazisi ilə Rusiyaya geri dönüblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov “RTVI”yə müsahibəsində bildirib.
“Hamısı yola düşüb. Fürsətdən istifadə edərək, bu məsələdəki davamlı dəstəyə görə Azərbaycan hakimiyyətinə və Bakıdakı səfirliyimizə minnətdarlığımı bildirirəm”, – səfir qeyd edib.
Dedov dəqiqləşdirib ki, xarici vətəndaşların Azərbaycanla sərhədi keçməsi üçün Azərbaycan hakimiyyəti tərəfindən verilən və iki gün ərzində daxil olan xüsusi koda sahib olmaları lazımdır. Onu əldə etmək üçün öz xarici pasport məlumatlarını təqdim etməklə, müvafiq sorğu ilə əvvəlcədən səfirliyə müraciət etmək zəruridir.