Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Ukraynanın müdafiəsini hava hücumundan müdafiə (HHM) sistemləri və döyüş təyyarələri ilə təmin edə bilər.
Bu barədə Tezadlar.az xəbər verir.
“Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək. Üstəlik, Putin (Rusiya Prezidenti Vladimir Putin – red.) öz hərəkətləri ilə bunu etməyin lazım olduğunu göstərir”, – Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, Rusiya öz hərəkətlərinə görə cəzasız qalır və onu dayandırmağın yeganə yolu təhlükə altında olan ölkələrin hava məkanını etibarlı şəkildə qorumaqdır.
V.Zelenski Rusiya dronlarının Polşaya məqsədyönlü şəkildə girməsinin, eləcə də Ukraynaya zərbələrin – məsələn, Yarovayanın atəşə tutulması və ya avqustun 28-də paytaxta hücumun da cəzasız qaldığını bildirib.
O hesab edir ki, Rusiyanı dayandırmağın bir neçə yolu var – ölkə törətdiyi hər bir təxribata görə güclü cavablarla üzləşməlidir. “Yalnız təzyiqlə, xüsusilə iqtisadi təzyiqlə”, – o bildirib.
Zelenskinin fikrincə, digər yol təhlükə altında olan ölkələrin səmasını etibarlı şəkildə qorumaqdır.